01.05.2026, 18:05
AZ EN
01.05.2026, 16:19 247

Prorektor: "Məzunlarımız Qarabağın yenidən qurulmasında fəal iştirak edirlər"

QARABAĞ
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il 7-ci Karyera Sərgisini “Karyera həftəsi” çərçivəsində təşkil edib. Artıq bir həftə ərzində ölkənin aparıcı şirkətlərinin nümayəndələri və mütəxəssisləri universitetdə tələbələrlə görüşlər keçirib, müxtəlif seminarlar təşkil ediblər.

Bu barədə universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov jurnalistlərə açıqlamasında məlumat verib.

Akif Qasımov vurğulayıb ki, universitet məzunları Bakının, regionların və işğaldan azad olunmuş Qarabağın yenidən qurulmasında fəal iştirak edirlər. Onun sözlərinə görə, müasir dövrdə əsas məqsəd insanların rahat və təhlükəsiz mühitdə yaşaması, işləməsi və istirahət etməsi üçün şəraitin yaradılmasıdır: “Bu komfortu yaradan, layihələndirən mühəndislər və inşaat mühəndisləridir, ona forma və estetik dəyər verən isə memarlar və dizaynerlərdir”.

Professor, həmçinin bildirib ki, sərgi tələbələrin estetik dünyagörüşünün formalaşmasına töhfə verməklə yanaşı, onların sənətə və ixtisas sahələrinə marağını artırır. (AZƏRTAC)

Oxşar xəbərlər