Bu sözləri açıqlamasında diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Xankəndiyə gələn Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün deyib.
“Sonuncu dəfə Qarabağa səfərimdən bir ildən çox vaxt keçir. Hər səfərimdə fərqli Qarabağ görürəm. Yollar, infrastruktur, binalar, təhsil müəssisələri və indi dayandığımız Xankəndi Zəfər parkı – bütün bunlar genişmiqyaslı inkişaf və bərpa işlərinin göstəricisidir”, – deyə səfir qeyd edib.
Birol Akgün əlavə edib ki, Bakıda akkreditə olunmuş digər ölkələrin səfirləri ilə birlikdə bu inkişafı yerində görmək onlar üçün böyük qürur mənbəyidir. “Bu işdə əməyi keçən, töhfə verən hər kəsə təşəkkür edirəm. Bu, Azərbaycan üçün qürur mənbəyi olduğu qədər, bir türk olaraq bizim üçün də qürurvericidir. Qardaş ölkənin bu uğurlarını yüksək qiymətləndiririk”, – deyə diplomat vurğulayıb. (AZƏRTAC)