01.05.2026, 17:21
AZ EN
01.05.2026, 15:25 237

Moldova səfiri: "Qarabağda qısa müddətdə bu qədər yeni layihənin icrasını görmək sevindiricidir"

QARABAĞ
  • “Bu, artıq mənim Qarabağ bölgəsinə altıncı səfərimdir və hər səfərimdə eyni hissləri yaşayıram. Onlar olduqca qarışıqdır. Əvvəlcə burada baş verən faciəni anladıqda kədər hissi yaranır, eyni zamanda, qısa müddət ərzində nə qədər yeni layihənin, nə qədər yeni infrastrukturun həyata keçirildiyini gördükdə sevinc hissi yaranır”.

Bunu Qarabağa ezam olunmuş əməkdaşına Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.

Səfir Azərbaycan xalqını Qarabağ bölgəsində uzunmüddətli davamlı sülh münasibətilə təbrik edib.

“Bu nailiyyət münasibətilə Azərbaycan rəhbərliyini təbrik edirik, bu, həm də tarixi ədalətin təntənəsinin sübutudur. Bir vaxtlar bu torpaqları tərk edən insanlar geri qayıdıb indi tamamilə rahat, dinc şəraitdə yaşaya, təhsil ala, gözəl havadan həzz ala bilərlər”.

Diplomat Moldova-Azərbaycan əlaqələrindən də danışıb. Səfir bir müddət əvvəl Moldova xarici işlər nazirinin Azərbaycana səfər etdiyini xatırladıb. O qeyd edib ki, Moldova ikitərəfli münasibətlərə böyük diqqət göstərir: “Ümid edirəm ki, gələcəkdə bu münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək. Moldova və Azərbaycan Respublikası qardaş ölkələrdir. Beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik”. (APA)

Oxşar xəbərlər