10.03.2026, 19:53
AZ EN
19.12.2025, 08:30 229

Qazaxlar kəndində səyyar qəbul keçirildi

QARABAĞ
  • Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbulu Qazaxlar kəndində keçirdi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun idarə müəssisə, xidməti təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etdilər.

Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq, əhalini narahat edən problemlərin birbaşa həlli edilməsi məqsədilə səyyar qəbulların qrafikə uyğun olaraq keçirildiyini qeyd etdi.

Kənd sakinlərinin müxtəlif məzmunlu müraciətlərini dinləyən Rayon rəhbəri qaldırılan məsələlərinin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər