01.05.2026, 18:42
AZ EN
01.05.2026, 17:18 55

BƏƏ səfiri: "Qarabağda təhsil sahəsində böyük dəyişikliklər görürük"

QARABAĞ
  • Bu, mənim Qarabağa ikinci səfərimdir və ilk səfərlə müqayisədə bölgədə böyük dəyişikliklər müşahidə olunur.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin səfiri Məhəmməd Əl Bluşi Qarabağa səfəri çərçivəsində bölgədə aparılan yenidənqurma və təhsil layihələri ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Bu, mənim ikinci səfərimdir. İlk və ikinci səfər arasında böyük dəyişikliklərin şahidi oldum. Xüsusilə məktəblər və Qarabağ Universitetində görülən işlər hökumətin təhsilə xüsusi diqqət ayırdığını göstərir”, – səfir bildirib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi beynəlxalq məktəblər və təhsil layihələri üçün də əlverişli mühitə malikdir: “Qarabağ bölgəsində təbiət və hava çox gözəldir. Bu mühit insanların burada yaşamasına və fəaliyyət göstərməsinə imkan yaradır. Qarabağ Universiteti böyük və çox yaxşı təhsil müəssisəsidir”.

Diplomat qeyd edib ki, Qarabağda investorlar üçün də geniş imkanlar mövcuddur: “İnvestorların Qarabağa gəlməsi və burada imkanları dəyərləndirməsi üçün yaxşı şərait var. Mən burada biznes üçün böyük potensial görürəm”.

Səfir, həmçinin, Azərbaycan ilə BƏƏ arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

“BƏƏ ilə Azərbaycan arasında çox güclü və yaxşı münasibətlər mövcuddur”, – o əlavə edib. (APA)

Oxşar xəbərlər