Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Əmək Gününə həsr olunmuş tədbirdə bəyan edib.
"Əksər ölkələrdə benzin qiymətləri bir neçə dəfə, Ermənistanda isə bir neçə faiz artıb. İcazə verin, bunun niyə belə olduğunu çox aydın və birbaşa izah edim. Əgər Azərbaycanın benzini və dizel yanacağı olmasaydı, bizim qiymətlərimiz indikindən bir neçə yüz dram daha yüksək olardı. Geosiyasi amillərin təsirinin daha az hiss olunması üçün şaxələndirməni maksimum qoruyub saxlamalıyıq", - o deyib. (Report)