27.06.2025, 11:39
AZ EN
31.07.2023, 10:25 285

Xalq artisti Vaqif Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti, teatr və kino aktyoru Vaqif Əliyevin doğum günüdür. Vaqif Məzahir oğlu Əliyev 1940-cı il iyulun 31-də Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb və  kütləvi səhnələrdə çıxış edib. Sonra Azərbaycan Dövlət Teatr İnstitutunda ali təhsil alıb.

V.Əliyev 1968-ci ildə təyinatla yeni yaranan Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 32 il bu teatrda aktyor kimi çalışıb, yüzdən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 2000-ci ildən sənət fəaliyyətini Bakı Bələdiyyə Teatrında davam etdirib. “Ağ atlı oğlan”, “Yük”, “Biz qayıdacağıq” kimi filmlərə çəkilib.

Vaqif Əliyev 1990-cı ildə respublikanın Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Tanınmış aktyor Vaqif Əliyev avqustun 13-də, 81 yaşında vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər