Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçlə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Mina RƏŞİD