"Vətən səsi" xəbər verir ki, yarmarkada bu il istifadəyə veriləcək Laçın Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək. Yarmarka martın 7-də saat 11:00-dan 13:00-dək Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.
Elxan SALAHOV