02.05.2026, 11:57
AZ EN
01.05.2026, 22:15 108

Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq

XƏBƏRLƏR
  • Mayın 4-də Ankarada “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək.

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirin təşəbbüskarı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).

Müzakirələrdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin, Türkiyənin Xarici İşlər Nazirliyinin və bir sıra siyasi partiyaların nümayəndələrinin, həmçinin qeyri-hökumət strukturlarının rəhbərlərinin iştirakı gözlənilir.

Tədbirdə açılış nitqi ilə TADİV-in rəhbəri, professor Aygün Attar çıxış edəcək. (AZERTAC)

Oxşar xəbərlər