RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. “Böyük Qayıdış” planına əsasən 58 ailəlin Şuşa şəhərinə köçürülməsinin təmin edildiyini bildirən RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlərin, sosial yönümlü Dövlət Proqramları və insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırıb.
Qəbul zamanı rayon sakinləri işlə təminat, Şuşaya qayıdış, mənzil və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Görüş iştirakçıları problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Hazırladı: Mina RƏŞİD