05.03.2026, 13:44
AZ EN
05.03.2026, 10:26 139

Samir Şərifov: "Azərbaycan fiskal siyasətdə balansı qoruyan nadir ölkələr sırasındadır"

XƏBƏRLƏR
  • Azərbaycan fiskal siyasətdə balansı qoruyan nadir ölkələr sırasındadır.

Bunu Baş nazirin müavini Samir Şərifov bu gün Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.

"Aparılmış islahatlar və həyata keçirilmiş proqramlar nəticəsində makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, fiskal inzibatçılıq təkmilləşdirilib, maliyyə mövqeyimiz əhəmiyyətli dərəcədə güclənib, investisiya cəlbediciliyi artıb. Bir sözlə, şoklara davamlılıq və keyfiyyətli iqtisadi artım üçün maliyyə institusional baza möhkəmləndirilib" - deyə o əlavə edib.

Samir Şərifovun sözlərinə görə, qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik, fraqmentasiya və ticarət proteksionizmi, texnoloji, enerji transformasiyanın sürətlənməsi Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün yeni çağırışları ərsəyə gətirib:

"Bu çağırışların ciddiliyini adekvat dəyərləndirərək onların cavablandırılması üçün vergi sisteminin ölkəmizin institusional potensialının və idarəetmə təcrübəsinin formalaşdırılmasına verdiyi və verə biləcəyi töhfələrin müəyyən edilməsi bugünkü forumun müzakirə mövzularından biri olacaq". (Trend)

Oxşar xəbərlər