Xəttin illik daşıma gücü 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq. Tikinti çərçivəsində 5 tunel, 3 viadukt və 10 körpü inşa ediləcək. Layihənin ümumi dəyəri 2,4 milyard avrodur və maliyyələşmə beynəlxalq kreditlər vasitəsilə həyata keçiriləcək. Layihənin 4-5 ilə tamamlanması planlaşdırılır.
Naxçıvan ərazisində 150 kilometrlik dəmir yolu yenidən qurulacaq, sərhədə çıxışı təmin etmək üçün əlavə 20 kilometrlik yeni xətt çəkiləcək. Bu hissənin icrası Azərbaycan tərəfindən həyata keçiriləcək. (AZƏRTAC)