22.05.2025, 16:48
AZ EN
22.05.2025, 10:14 205

“Yaşayış minimumu haqqında” Qanununda dəyişiklik edilir

XƏBƏRLƏR
  • Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olundu. 

"Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq".

Bunu Milli Məclisin deputatı Vüqar Nayramov açıqlamasında deyib.

Deputatın sözlərinə görə, eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il  müəyyənləşərək təsdiq olunacaq: "Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. 

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir".

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər