27.06.2025, 13:53
AZ EN
22.11.2023, 14:12 391

Vüqar Bayramov: "Neftin ucuzlaşması manatın məzənnəsinə necə təsir göstərəcək"

XƏBƏRLƏR
  • "Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir". Bunu Milli Məclisin deputatı, içtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, sentyabrdan sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb: "Neftin dünya bazarı qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. Hazırda, Azərbaycan ixracatının 80 faizə yaxını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.

Noyabrın 26-da OPEK + alyansının iclasının keçiriləcəyi gözlənilır. Tədbirdə hasilata yenidən baxılması və artırılması mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorlarının qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür". Deputat daha sonra əlavə edib ki,hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir: "Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir.

Brent markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da növbəti dövrdə “qara qızılın” dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər.  Amma Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq"',- deyə V.Bayramov vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər