- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə martın 16-da Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
Xocavəndə səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.
Qərargahın üzvlərinə həmçinin ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib. (Report)