01.05.2026, 16:51
AZ EN
01.05.2026, 14:53 96

Belarus səfiri: "Hər səfərimdə Qarabağda intensiv inkişaf proseslərinin şahidi oluram"

QARABAĞ
  • Qarabağda qısa müddət ərzində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri regionun sürətli inkişafını aydın şəkildə göstərir.

Bu sözləri açıqlamasında diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Xankəndiyə gələn Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç deyib.

Diplomat bildirib ki, o, son dövrlərdə Qarabağa tez-tez səfər etmək imkanı qazanıb və hər dəfə bölgədə intensiv inkişaf proseslərinin şahidi olur. “Füzuli şəhərinə səfər edərkən müasir hava limanını görürük, yeni inşa olunmuş avtomobil yolları ilə hərəkət edirik. Bu, infrastruktur, nəqliyyat və enerji layihələrinin sürətlə həyata keçirildiyini göstərir. Eyni zamanda, sənaye zonaları, xüsusilə Ağdam iqtisadi zonası inkişaf etdirilir”, – deyə səfir qeyd edib.

D.Pineviç vurğulayıb ki, səfərin ilk dayanacağının Xocalı Soyqırımı Memorialı olması xüsusi rəmzi məna daşıyır: “Xalqın yaddaşı onun gələcəyidir”.

Səfir əlavə edib ki, bu gün bölgədə uşaqlardan tələbələrə qədər müxtəlif yaş qruplarının fəallığı gələcəyə ümidləri artırır.

O, həmçinin Belarus ilə Azərbaycan arasında Qarabağda həyata keçirilən birgə layihələrə toxunaraq bildirib ki, Zəngilanda istehsal obyektinin tikintisi, Ağdam iqtisadi zonasında əməkdaşlıq və Xankəndidə təhsil layihələri üzərində iş aparılır. “Ümid edirəm ki, bu müxtəlif layihələr Xankəndi, Şuşa və ümumilikdə Qarabağın inkişafına töhfə verəcək”, – deyə diplomat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər