24.04.2026, 19:29
AZ EN
24.04.2026, 17:49 8

Paşinyan rəqiblərini siyasi səhnədən çıxmağa çağırdı

XƏBƏRLƏR
  • Ermənistanda qarşıdan gələn seçkilər keçmiş hakimiyyət nümayəndələrinin siyasi arenadan uzaqlaşdırılması üçün imkan yaradır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Emənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu seçkilər “kriminal oliqarx” adlandırılan keçmiş prezidentlərə qarşı mühüm mərhələdir. Müxalif qüvvələrin seçkilərə böyük maraq göstərdiyini deyən Baş nazi keçmiş prezident Serj Sarkisyanın seçkilərdə iştirak etmədiyi ilə bağlı iddiaları təkzib edib. Onun sözlərinə görə, Serj Sərkisyan özü və komandası seçkilərlə bağlı siyasi proseslərdə ən aktiv iştirakçılardandır.

Paşinyan əlavə edib ki, seçkilər ölkənin siyasi gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu arada Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərdə iştirak edəcək partiya və siyasi təşkilatların siyahısını açıqlayıb. Bildirilir ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində 17 partiya və 2 blok iştirak edəcək. MSK-nın mətbuat katibi Seda Qukasyan bildirib ki, həmin siyasi qüvvələr qeydiyyat üçün rəsmən müraciət edib. Onların sırasında keçmiş prezidentlər Robert Köçəryanın, Serj Sərkisyanın, rusiyalı oliqarx Samvel Karapetyanın rəhbəri olduğuğu siyasi bloklar da var.

Elxan SALAHOV

Oxşar xəbərlər