24.04.2026, 15:44
AZ EN
24.04.2026, 13:50 24

Emin Əmrullayev: "İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır"

QARABAĞ
  • Bu gün Azərbaycandan işğaldan azad olunmuş ərazilərində 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır.

Bunu elm və təhsil naziri Emin Emrullayev Füzuli şəhərindəki 1 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasiminə deyib.

O, Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun genişləndirildiyini qeyd edib: "Bu, doğma yurda qayıdan əhali, xüsusilə də uşaqlar üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Füzulidə istifadəyə verilən yeni bağça minlərlə uşağın təhsilinə və inkişafına töhfə verəcək. Məktəbəqədər təhsil müəssisəsi uşaqların formalaşmasında mühüm mərhələdir və bu istiqamətdə atılan addımlar gələcək nəsillərin inkişafına xidmət edir. Yeni bağça yalnız təhsil deyil, həm də sosial baxımdan əhəmiyyətlidir və minlərlə ailənin həyatına müsbət təsir göstərəcək". (Report)

Oxşar xəbərlər