Parlament sədrinin qaynanası olduğuna görə Ermənistan mediasında daha çox müxalif qaynana ləqəbi ilə tanınan baş redaktor bu günkü yazısında baş nazir Nikol Paşinyanın çıxışlarındakı fikirlərdən nümunə göstərərək onu lağa qoyur. Məsələn, Armine Nikolun "bina köhnə, təmirsiz ola bilər, amma insanlar öz xoş əhvalları ilə həmin binanı şənlik obyektinə çevirə bilər" sözləri ilə bağlı yazıb ki, sən gedib o binada rəqs etsən bina özü-özünə təmir olunacaq və hamı sənə bravo deyər.
Nikolun "ən yaşamalı Ermənistan korrupsiyasız Ermənistandır" sözləri ilə bağlı isə yazıb ki, ən yaşamalı və gözəl Ermənistan nikolsuz Ermənistandır.
Belə misalların sayı onlarladır. Həqiqət isə birdir: baş naziri daim məsxərəyə qoyan baş redaktor vaxtilə Nikol Paşinyanın rəhbərlik etdiyi qəzetdə Serj Sarkisyanı lağa qoyurmuş. Erməni ki erməni!
Nəsib Qaramanlı