Bu barədə “Azdarar” rəsmi bildirişlər portalında məlumat verilib.
Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyə malik olduğuna görə əmlakı, avtomobilləri, pul əmanətləri müsadirə oluna bilər. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub. Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlərdən gedir. (APA)