12.03.2026, 15:10
AZ EN
12.03.2026, 13:02 234

Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq"

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.

O bu barədə brifinq zamanı bəyan edib.

"Mən artıq demişdim və bir daha təkrar edirəm: ardıcıl, sakit diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhə etmirəm. İndi məsələ bunun nə vaxt baş verəcəyidir – apreldə, mayda, iyunda, sentyabrda, lakin o mütləq imzalanacaq", - o qeyd edib.

N.Paşinyan qeyd edib ki, hələ saziş olmasa da, sülh artıq bərqərar olub: "Bu gün biz sülhdən danışırıq. Sülh istəməyən və vəziyyəti geriyə döndərməyə çalışacaq qüvvələr var. Biz, Ermənistan vətəndaşları, bərqərar olmuş sülhün müdafiəsinə qalxmalıyıq. Kommunikasiyalara gəldikdə, biz irəliləyirik və çox fəal işləyirik. Mən bir daha təsdiq etmək istəyirəm: biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni Ermənistan ərazisi vasitəsilə təmin etməyə hazırıq".  (Report)

Oxşar xəbərlər