Ermənistan mediası xəbər verir ki, xüsusilə qış aylarında ərəblərin Ermənistana turist kimi axını başlayır. Buna səbəb isə ölkənin qış turizmi üçün əlverişli olmasıdır. Hazırda Ermənistanın müxtəlif bölgələrində minlərlə ərəb turistin olduğunu bildirən mətbuat onu da xatırladıb ki, bu təkcə iqtisadi baxımdan deyil, həm də ərəb ölkələri ilə qarşılıqlı əməkdaşlıq baxımından əlverişlidir. ARM NewsHour portalı isə vurğulayıb ki, ərəb turistlər Qarabağdan köçən onlarla erməni ailəsi ilə görüşüb və onlara Yeni il sovqatı paylayıblar.
Nəsib