28.06.2025, 02:07
AZ EN
31.05.2023, 09:00 329

Rusiyanın erməni düşmənləri çoxalıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu gün yaydığı "Rusiyanın düşmənləri şəbəkəsi" başlıqlı məqalədə qeyd olunur ki, etibarlı mənbədən əldə edilən məlumata görə, Rusiya hakimiyyəti müxtəlif ölkələrdə, o cümlədən post sovet məkanında antirusiya şəbəkələrinin daha da fəallaşması barədə məxfi hesabat hazırlayıb. Sözügedən gedən hesabata görə, Ermənistanda antirusiya meylləri getdikcə artır. Bu mövqedə olan ictimai, siyasi fəalların önündə isə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, spikerin müavini, Türkiyə ilə danışıqlar üzrə səlahiyyətli nümayəndə Ruben Rubinyan və baş nazirin ofisinin rəhbəri Araik Harutyunyan (Xankəndidəki separatçı rejimin rəhbəri ilə eyni ad və soyadlıdır- N.Q.) gedir.

Agentlik daha 32 nəfərin siyahısını dərc etməklə yanaşı həm də Rusiya hakimiyyətini daim tənqid edən Qərbyönümlü medianın adlarını açıqlayıb. Bunlar aşağıdakılardır: 1in.am; Civilnet.am; Azayutyun.am; Factor.am; Radar.am

Xatırladaq ki, rmənistanın nüfuzlu " Hraparak" media qrupu özü Rusiya meyillidir və rəhbəri  müxalif qaynana ləqəbli Armine Ohanyan parlamentin sədri Alen Simonyanın qaynanasıdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər