28.06.2025, 01:41
AZ EN
05.03.2024, 11:19 373

Şuşada xeyli silah aşkarlanıb

XƏBƏRLƏR
  • Şuşada müxtəlif markalı silahlar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxşar xəbərlər