Bunu kəlbəcərli arıçı Nemət Salmanov deyib.
Kəlbəcərin Keşdək kəndində doğulduğunu deyən N.Salmanov bir neçə ildir burada təsərüfat yaratdığını bildirib: “İlk dəfədir ki, məhsulumu festivalda sərgiləyirəm. Arzu edirəm ki, Kəlbəcər balı ölkəmizlə yanaşı dünya bazarlarında da öz yerini tutsun. Bunun üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Bu günü bizə yaşadan Prezidentimizə uzun ömür, can sağlığı arzulayıram. Allah əziz şəhidlərimizə rəhmət diləyirəm. Həmçinin Allah qazilərimizə can sağlığı versin". (APA)