Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, tədbirdə Laçın şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunmuş uşaqlar iştirak ediblər.
“HOP-HOP” Kukla Teatrının aktyorları uşaqları bayram münasibətilə təbrik edib, onların sevincinə şərik olublar. Teatr tərəfindən səhnələşdirilən “Qırmızı papaq və canavar Conik” tamaşası balacalar üçün əyləncəli anlarla yadda qalıb. Bayram proqramında Nuran Əsədli, Çiçək Ayvazova və Dəniz Aydəmirovanın ifasında rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir uşaqların gülüşü və xoş əhvali-ruhiyyəsi ilə yekunlaşıb. (AZƏRTAC)