17.06.2025, 03:36
AZ EN
15.08.2024, 11:03 350

Cəbrayıl-Qubadlı seçki dairəsinin iki məntəqəsi azad edilmiş ərazilərdə qurulub

ŞƏRQİ ZƏNGƏZUR
  • 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin inzibati ərazi vahidi üzrə 82 daimi seçki məntəqəsi fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad edilmiş bölgələrdə formalaşdırılıb. 

Bunu 120 saylı Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyasının sədri Musa Quliyev deyib.

O bildirib ki, Cəbrayıl şəhərində yerləşən 80 saylı seçki məntəqəsi Çərəkən, Daş Veysəlli, Daşkəsən, Minbaşılı, Şükürbəyli kəndlərini və Cəbrayıl şəhərini, Soltanlı kəndində yerləşən 81 saylı seçki məntəqəsi isə Dağ Maşanlı, Əmirvarlı, Qovşudlu və Soltanlı kəndlərini əhatə edir. “İmza vərəqəsi götürən 7 şəxsin hər birinin namizədliyi təsdiqlənib. Həm DSK, həm də MnSK üzvləri mərhələli şəkildə və Təqvim Planına əsasən treninqlərdə iştirak edirlər”, - deyə o bildirib.

DSK sədri əlavə edib ki, seçki məntəqələrində təchizatla bağlı hər hansı problem yoxdur.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR