Şuşa şəhərinə güclü qar yağıb. Yanvarın 8-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü bu gün 14-15 santimetrə çatıb.
Hazırda davam edən qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür. (AZƏRTAC)