11.03.2026, 15:46
AZ EN
11.03.2026, 14:15 202

Qırmızı Bazar sakini: "Yurd həsrətinin ağrı-acısı artıq keçmişdə qaldı"

QARABAĞ
  • Xocavəndin Qırmızı Bazar qəsəbəsinə qayıdan sakin Nəsib Hüseynov doğma yurd həsrətinin ağrı-acısının artıq keçmişdə qaldığını bildirib.

O, açıqlamasında məcburiyyətdən doğma ocağı tərk etməyin böyük dərd olduğunu vurğulayıb:

"Həqiqətən, məcbur olub yurddan köçmək ağır dərddir, neçə il bu ağrı-acı ilə yaşadıq. Çox sevinirik ki, yurd həsrətinin ağrı-acısı artıq geridə qaldı. Buraları tərk edəndə 42 yaşında idim, dörd övladım vardı. İndi geriyə nəvələrimlə birlikdə döndüm. Bu günə şükür olsun". (Report)

Oxşar xəbərlər