Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Aliyə Əliyeva deyib.
DİM rəsmisi qeyd edib ki, abituriyentlərin imtahanda iştirakı da qənaətbəxş olub. A.Əliyeva xatırladıb ki, bugünkü qəbul imtahanı işğaldan azad olunan ərazilərdə keçirilən ilk imtahandır:
"Qarabağ Universitetində 51 abituriyentin iştirakı nəzərdə tutulmuşdu və yalnız bir nəfər iştirak etməyib. Ümumilikdə ölkə üzrə bu gün 54 247 nəfərin II və III ixtisas qrupuna qəbul imtahanında iştirakı nəzərdə tutulmuşdu". (Report)