26.09.2025, 04:19
AZ EN
01.09.2025, 12:09 317

“II Kəlağayı Festivalı” keçiriləcək

XƏBƏRLƏR
  • Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 sentyabr 2025-ci ildə “II Kəlağayı Festivalı” təşkil olunacaq. Tədbir Xətai rayonu, Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yerlik amfiteatrda keçiriləcək.

Festival çərçivəsində saat 17:00-dan 18:00-a qədər sərgi ilə tanışlıq olacaq. Saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək, daha sonra möhtəşəm konsert proqramı təqdim ediləcək. Konsertdə dövlət qurumlarının nümayəndələri, KİV təmsilçiləri, tanınmış müğənnilər, aşıqlar və şairlər iştirak edəcəklər.

Sərgidə Güllü Eldar Tomarlının yaratdığı “Kəlağayı Ev Muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri, muzeyin digər zəngin eksponatları, həmçinin kəlağayı haqqında nəşr olunmuş kitablar nümayiş etdiriləcək. Bununla yanaşı, Şəki və Basqal ustalarının hazırladığı kəlağayıların nümayişi və satışı da təşkil olunacaq.

Tədbirə giriş sərbəstdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər