17.03.2026, 11:50
AZ EN
17.03.2026, 07:28 181

Ağdərə sakini: Sevinirik ki, bundan sonra yurdumuzda yaşayacağıq

XƏBƏRLƏR
  • Sevinirik ki, bundan sonra yurdumuzda yaşayacağıq.

Bunu jurnalistlərə Ağdərə rayonunun Baş Güneypəyə kənd sakini, keçmiş məcburi köçkün Mehman İsmayılov deyib.

O, doğma yurduna qayıtmasına görə sevincinin hədd-hüdudu olmadığını vurğulayıb: "Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqına bu möhtəşəm qələbəni qazandırdığına görə təşəkkür edirik. Hər birimiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu görürük.

İnanıram ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, daimidir, əbədidir və dönməzdir. "Dəmir yumruq" hər zaman Azərbaycan xalqını qoruyacaq.

Azərbaycanın möhtəşəm qələbəsində şəhidlərin xüsusi rolu olub. Bütün şəhidlərə Allah rəhmət diləyirəm, qazilərimizə, veteranlarımıza can sağlığı diləyirəm. Arzu edirəm ki, Azərbaycan daim ucalsın".

M. İsmayılov Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etdiyini, iki yaxın qohumunun şəhid olduğunu bildirib. (Report)

Oxşar xəbərlər