05.03.2026, 13:41
AZ EN
05.03.2026, 08:33 165

Keçmiş məcburi köçkün: "32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram"

XƏBƏRLƏR
  • Otuz ildən çox müddətdə yarımtikilidə yaşamışıq. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Doğma Ağdamımıza gedirik. Allah dövlətimizi qorusun.

Bu fikirləri açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Əbülfət Süleymanov deyib.

O bildirib ki, 32 il öncə məcburi çıxarıldığı doğma yurduna hazırda böyük bir ailə ilə qayıdır.

“Ağdamdan çıxarılanda 32 yaşım var idi, 4 nəfərlə çıxmışdıq. İndi isə 66 yaşımda 10 nəfərlə qayıdıram - nəvələrimlə, ailəmlə birlikdə. Öz doğma yurdumuza qayıdırıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin”, - deyə Ağdam sakini əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər