05.03.2026, 13:42
AZ EN
05.03.2026, 10:13 126

Vardanyanın utopik xəyalları: bəlkə də qaytardılar...

XƏBƏRLƏR
  • "Xeyli sayda vətəndaşımız bizdən Qarabağ ermənilərinin hüquqlarını necə qoruyacağımızı soruşur və biz birbaşa cavab veririk ki, onların kollektiv şəkildə qayıtmaq hüququ gündəmimizdədir".

"Vətən səsi" xəbər verilir ki, "Ermənistan" Milli Partiyasının deputatı Kristine Vardanyan yerli jurnalistlərlə söhbətində belə deyib. O, bildirib ki, 44 günlük müharibənin nəticəsi olaraq, Rusiya sülhməramlılarının Qarabağa gəlişindən sonra bölgədə yaşayan ermənilər məqsədə çata biləcəklərini düşünürdülər. Lakin Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra hər şey dəyişib və ermənilərin çoxdankı arzusu puça çıxıb: "2021-ci ildə artsax "işğal olunmamış" və əhalisi boşaldılmadığı zaman biz başqa bir şeydən danışırdıq. 2023-cü ildə, mövcud hakimiyyətin hərəkətlərinin birbaşa nəticəsi olaraq, orada heç bir erməni yaşamadığı zaman bizim üçün ürəyimizdə, ruhumuzda artsax təbii olaraq ermənidir, amma biz Kommunist Partiyası kimi vətəndaşlarımızı aldatmayacağıq və gələn il bölgəni azad etməyə gələcəyimizi, müharibəni qızışdırmağa gələcəyimizi demirik".

Vardanyan iddia edib ki, hələ heç də hər şey itirilməyib və Qarabağı könüllü şəkildə tərk edən ermənilərin geri qaytarılması mümkündür: "İndi biz ermənilərin kollektiv şəkildə qayıtmaq hüququnun qorunması barədə danışırıq, çünki biz bunu real hesab edirik, bu vəziyyətdə real olan budur".

Utopik xəyallardan hələ də əl çəkməyən revanşist əhval-ruhiyyəli ermənilərin bundan sonra Qarabağa qayıtmasının mümkünsüzlüyü barədə rəsmi Bakı öz mövqeyini dəfələrlə bəyan edib. Sonuncu belə xəbərdarlıq isə Prezident İlham Əliyevin dilindən Fransa telekanalına müsahibəsi zamanı səslənib. Dövlət başçısı həmin müsahibəsində bu mövzuya, belə demək mümkünsə, birdəfəlik nöqtə qoyub. Əliyev bəyan edib ki, qayıdış qarşılıqlı olmalıdır, yəni Qərbi azərbaycanlılar da yurdlarına dönməlidir. Prezident həmçinin, deyib ki, vaxtında reinteqrasiya proqramı qəbul olunub və onlara vətəndaşlıq təklif olunub, amma razılaşmayıblar. Ona görə də indi mövcud reallıqları anlamayan Vardanyan kimi yarımçıq erməni siyasətçiləri qayıdış deyərkən bunun hansı mexanizmlərə əsaslana biləcəyini izah edə bilmir.

Xatırladaq ki, erməni baş nazir Nikol Paşinyan Qarabağa qayıdışı təhlükə adlandırıb. Son vaxtlar isə Ermənistan vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin sayında artım var.

Elxan SALAHOV

Oxşar xəbərlər