Bu sözləri açıqlamasında Laçın şəhərinə köçən keçmiş məcburi köçkün Halva Nəsirova söyləyib.
O deyib: "Bizimlə birlikdə məcburi köçkün kimi gələn, amma bu gün qayıtmayan insanlara Allah rəhmət eləsin".
H. Nəsirova 38 yaşından məcburi köçkün düşdüyünü, bu gün isə 71 yaşında geri qayıtdığını bildirib. O əlavə edib ki, Laçın şəhərinə övladları və nəvələri ilə qayıdır. (AZƏRTAC)