Bunu Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi də yeni imkanlar açır: “Bu, Asiya ilə Avropanı birləşdirən və Qara dəniz istiqamətinə çıxan Trans-Xəzər marşrutunun hərtərəfli inkişafı üçün geniş perspektivlər yaradır”.
Orta Dəhliz adı ilə tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisi, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. (AZƏRTAC)