"Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hovik Ağazaryanla Tiqranyan küçəsində kartof satanın mübahisəsi geniş rezonans doğurub. Hasmik Babacanyanın "Hraparak" da yayılmış "Kartofdan betər biabırçılıq" məqaləsində göstərilir ki, deputat kartof satana yaxınlaşaraq alver etmək istəyir və deyir ki, bu durduğun yer təhlükəlidir, camaat xəstələnə bilər. Bir qədər sonra qiymətə görə mübahisələri düşür. Kartof satan onun deputat olduğunu biləndə deyir ki, sən də başçınız Nikol kimi türksən. Bu sözdən bərk hirslənən deputat müvafiq orqana şikayət edərək onun cəzalandırılmasını tələb edir. Deyir ki, heç kəs parlamentin üzvünə kobud söz deməməlidir. Mətbuat isə xatırladır ki, Nikol Paşinyanın üzünə dəfələrlə "sən türksən" deyilib, ancaq o, bundan inciməyib, əksinə qürur duyduğunu bəyan edib. "Çörək pulu üçün soyuq küçədə saatlarla ayaq üstündə duran adamı təhqir edən deputatın özü cəzalanmalıdır", - deyə H.Babacanyan etiraf edir ki, Azərbaycan deputatları vətəndaşlarla heç vaxt kobud rəftar etmir, qiyməti aşağı salmağa çalışmır, əksinə bir şey alanda əlavə pul verir.
Nəsib