29.06.2025, 07:41
AZ EN
20.11.2023, 11:45 313

Erməni fermerlər narazıdırlar

XƏBƏRLƏR

Erməni fermerlər parlamentin binası önündə etiraz aksiyası keçirirlər. Onlar dekabrın 6-da qüvvəyə minəcək qanunla razılaşmadıqlarını və həmin qanunun ləğv edilməsini istəyirlər. "Hraparak" yazır ki, bu qanuna görə fermerlər qəssabxana üçün lisenziya almalı və bunun müqabilində hər kəsilən heyvan üçün müəyyən məbləğdə pul ödəməlidirlər. Mitinqdə hakimiyyətin siyasi və iqtisadi siyasətinin ölkədəki böhranı daha da dərinləşdirilməsi barədə şüarlar səsləndirib.

Nəsib

Oxşar xəbərlər