Baqdasaryanın sözlərinə görə, Ermənistan regionda kommunikasiya xətlərinin açılması məsələsini yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində müzakirə edir.
“Ermənistan heç vaxt öz suveren ərazisi üzərində nəzarətin üçüncü tərəfə verilməsini müzakirə etməyib və etmir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. (APA)