27.06.2025, 13:27
AZ EN
06.05.2025, 14:50 245

Sorğu: Ermənilərin təxminən 86 %-i Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq istəyir

XƏBƏRLƏR
  • Ermənistan vətəndaşlarının təxminən 86 %-i hesab edir ki, Azərbaycanla sülh sazişi imzalanmazdan əvvəl onun layihəsi ilə tanış olmalıdırlar.

Bunu “Gallup International Association”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri əks etdirir.

Respondentlərə belə bir sual verilib: "Vətəndaşlar Azərbaycanla sülh sazişi layihəsi imzalanmazdan əvvəl onun bəndləri ilə tanış olmalı və razılıq bildirməlidirlərmi?"

Nümayəndəliyin rəhbəri Aram Navasardyan bildirib ki, 73 % "birmənalı şəkildə bəli", daha 13,1 % isə "yəqin ki, bəli" cavabını verib. Beləliklə, sorğuda iştirak edənlərin təxminən 86 %-i sənədlə əvvəlcədən tanış olmağın tərəfdarı olub. 5,3 % ("yəqin ki, xeyr") və 6,5 % ("qəti şəkildə xeyr") bu ideyanın əleyhinə olub. Sorğu iştirakçılarının 2,1 %-i cavab verməkdə çətinlik çəkib. 

Sorğu 29 aprel - 2 may tarixlərində 1101 respondent arasında keçirilib. (Report)

Oxşar xəbərlər