17.06.2025, 07:14
AZ EN
08.06.2025, 11:04 31

Paşinyan Ter-Petrosyanın katolikosla görüşünə reaksiya verib: "Özü kimi fırıldaqçını dəstəkləyir"

XƏBƏRLƏR

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə hökumətlə gərginlik fonunda dəstək verməsinə münasibət bildirib.

Paşinyan öz teleqram kanalında belə yazıb: “Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib, eyni zamanda “Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini” pisləyib.

May ayının sonunda Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin (EAK) nümayəndələrinə qarşı kəskin təhqiramiz bəyanatlarla çıxış ediblər. REPORT

Oxşar xəbərlər

SON XƏBƏRLƏR