Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.
Deputat Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb. O, bununla Paşinyanın Moskvanın artıq İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə münasibət bildirib.
“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev söyləyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İctimai Radiosuna müsahibəsində Paşinyan obyektiv və subyektiv səbəblərə görə Rusiyanın artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini deyib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiya ilə olub. (Report)