08.08.2025, 14:25
AZ EN
30.01.2025, 16:39 212

Aİ Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.

Müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib.

Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.

Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır. (APA)

Oxşar xəbərlər