26.09.2025, 08:28
AZ EN
18.09.2025, 14:58 153

Paşinyan komandasını dəyişməyəcək

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan komandasında yüksək vəzifəli şəxslərin istefaya göndəriləcəyi barədə yayılan məlumatları təkzib edib.

"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan komandasını dəyişmək niyyətində olmadığını açıqlayıb. O, hökumətdə, xüsusən də özünün administarsiyasında gözlənilən istefalar barədə danışarkən  deyib ki, yayılan məlumatlar müxalif qüvvələrin uydurmasıdır: “Hökumətdə, xüsusən də Baş nazirin müavinləri səviyyəsində istefalar gözlənilmir”.

Xatırladaq ki, son vaxtlar Ermənistan mətbuatında Baş nazir Administrasiyasında və parlament rəhbərliyində ciddi dəyişikliklərin olacağı barədə məlumatlar yayılır. Buna misal olaraq Administrasiyanın rəhbəri Arayik Arutyunyanın vəzifıəsindən azad ediləcəyi, onun baş nazirin müavini təyin oluna biləcəyi deyilir. Yerli mətbuat ən müxtəlif mənbələrə istinadən onun Tiqran Xaçaturyan və ya Mqer Qriqoryandan biri ilə əvəz edilə biləcəyini yazır.

Nikol Paşinyanın parlamentin sədri Alen Simonyanı da tutduğu vəzifəsindən azad etməyə hazırlaşdığı da bu iddialar arasındadır. Həmin iddiaya görə, Simonyan gələn il keçiriləcək seçkilərdə qalib olacağı halda parlament sədri postunu tutmayacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər