30.06.2025, 12:10
AZ EN
07.06.2023, 11:38 267

Erməni deputatlar tətilə çıxmayacaqlar

XƏBƏRLƏR
  • Müxalif "Joğovurt" qəzeti "Parlamentdə yay bürkülü olacaq. Belə siqnal var" başlıqlı məqalədə qeyd edir ki, gələn həftə parlamentdə növbəti iclaslar start götürəcək, müzakirəyə hazır çoxlu layihələr olduğuna görə isə yayda  növbədənkənar iclaslar keçiriləcəkdir.

Qəzet "Vətəndaş müqaviləsi" fraksiyasından əldə etdiyi məlumata istinadən xəbər verir ki, deputatların məzuniyyəti qısaldılaraq iyulun 15-dən avqustun 1-dək davam edəcək.

İqtidar deputatları bildiriblər ki, siyasi durumla bağlı məzuniyyətə çıxmaqdan nəzərdə tutulan layihələri müzakirə edib müvafiq qərara gəlinməlidir. Müxalif deputatlar isə yenə də öz hüquqlarının pozulmasından gileylənərək iqtidarın ünvanına tənqidi fikirlər söyləməkdədirlər.

Nəsib

Oxşar xəbərlər