18.03.2026, 01:51
AZ EN
17.03.2026, 22:00 123

Xocalıda Torpaq çərşənbəsi qeyd olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi qeyd olunub.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Xocalı şəhərinin mərkəzində, köç həyata keçirilən kəndlərdə, o cümlədən Xocalınln Şuşa kəndində sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar. Tonqal ətrafında toplaşan sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək əhval-ruhiyyə yaradıb.

İllər sonra doğma yurdlarında yandırılan bu tonqallar torpağın dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici mənzərə yaradıb. (Report)

Oxşar xəbərlər