16.03.2026, 18:54
AZ EN
16.03.2026, 16:40 206

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Ağalı kəndində sahibkarların müraciətini dinləyəcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Martın 18-də Zəngilan rayonunun Ağalı kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarların müraciətlərini dinləyəcək.

KOBİA-dan bildirilib ki, qəbul saat 11:00-dan etibarən Zəngilan rayonu, Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzinin binasında keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət edə bilərlər (Tel.: 055 250 79 32, e-mail: vusal.a.ibrahimov@smb.gov.az, Vüsal İbrahimov, KOB dostu). (AZƏRTAC)

Oxşar xəbərlər