14.12.2025, 03:04
AZ EN
05.12.2025, 14:52 218

Horovlu sakini: Övladlarımız bu torpaqları yenidən canlandıracaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Gənc nəsil bu torpaqları yenidən canlandıracaq.

Bunu doğma yurduna dönən Cəbrayıl rayonu Horovlu kəndinin sakini Çiçək İsmayılova deyib.

O, 30 ildən artıq davam etmiş məcburi köçkünlük həyatının sona çatmasına sevindiklərini bildirib:

"Hər zaman inanırdım ki, bir gün öz kəndimizə qayıdacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, məhz onların sayəsində doğma yurdumuza qayıdırıq. Çox istərdim ki, bütün məcburi köçkünlərimiz öz yurdlarına dönsün. Tək üzüntümüz odur ki, böyüklərimiz bu xoş günləri görmədi. Amma övladlarımız bu torpaqları yenidən canlandıracaqlar". (Report)

Oxşar xəbərlər