Filmin nümayişindən əvvəl Dövlət Himni səsləndirilib.
Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra doğma yurd-yuvalarına qayıtmış laçınlılar böyük siyasətçinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Ölkənin ən çətin günlərində, məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalmış laçınlılarla görüşdə Heydər Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin artıq reallığa çevrildiyi bildirilib.
Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, “Laçın Abadlıq” Xidmətinin rəhbərlikləri, yerli sakinlər və hərbçilər “Heydər Əliyev Azərbaycandır!” adlı filmi izləyiblər.
Baş prodüseri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, quruluşçu rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov, ssenari müəllifi Yunis Orucov olan filmin hazırlanması üçün Azərbaycanın bir sıra regionlarında çəkilişlər aparılıb, böyük həcmdə tarixi məlumatlar toplanıb. (AZƏRTAC)